Tərtib edəni: Həmid Araslı
Redaktoru: Teymur Kərimli
Dünya ədəbiyyatında qəzəlləri, poemaları ilə şöhrət qazanan və qəlb şairi
kimi tanınan Füzulinin ədəbi irsində başqa janrlarla bərabər qəsidə şəkli də
əhəmiyyətli yer tutur. Ölməz şair türkcə, ərəbcə və farsca yazdığı qəsidələrini
bir divan şəklində tərtib etmiş, ona ayrıca dibaçə yazmışdır. Məzmun və forma
baxımından həmin rəngarəng qəsidələri üç dildə yazmasına baxmayaraq, şair
ana dilinə bu sahədə də üstünlük vermişdir.
Əsərlərinin təqdim olunan cildində şairin ana dilində qələmə aldığı qəsi-
dələri, fars və ərəb dillərində dini-mənqəbəvi səciyyəli qəsidələrinin tərcü-
mələri toplanmışdır. Müxtəlif zamanlarda yazılan və azad fikirli humanist şairin
dünya, insan, zaman haqqında düşüncələrini öyrənmək üçün əlavə zəngin
material verən bu qəsidələr öz bədii qüvvəti ilə diqqəti cəlb edir. Mütəfəkkir
şair burada da aşiq, alim Füzuli olaraq qalır.
Format | Size | |
---|---|---|
787.0 KB | Download |